“Neftçi” artıq 10 oyundur ki, “Xəzər Lənkəran”ı məğlub edə bilmir-STATİSTİKA
Həftəsonu Azərbaycan Premyer Liqasında V turun oyunları keçiriləcək. Turun ən maraqlı qarşılaşması Lənkəran şəhərində yerli "Xəzər Lənkəran" və "Neftçi" komandaları arasında keçirləcək. Siasport.az saytı xəbər verir ki, bu, komandaların tarixi ərzində 22-ci qarşılaşma olacaq. Əvvəlki oyunların statistikasına baxanda isə "Neftçi"nin üstünlüyü gözə çarpır.
Belə ki, bu komandalar arasında ölkə çempionatı və kubokundakı oyunlar nəzərə alınmaqla keçirilmiş 21 oyunda 6 dəfə "Neftçi", 5 dəfə isə "Xəzər Lənkəran" qalib gəlib. 10 görüş isə heç-heçə başa çatıb. Hərəyə 19 dəfə fərqlənən komandaların son dörd oyununda qolsuz heç-heçə qeydə alınıb. "Böyük oyun" öncəsi "Xəzər Lənkəran" müəyyən psixoloji üstünlüyə malikdir. Belə ki, son çempion "Neftçi" artıq 10 oyundur ki, "Xəzər Lənkəran"ı məğlub edə bilmir. Tarixində cəmi iki dəfə "Xəzər Lənkəran"ı səfərdə məğlub edən "flaqman" sonuncu dəfə 2007-ci ildə Lənkəran şəhər stadionundan qalib ayrılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB