Leonardo da Silva Roşa: "Qarabağ" klubunda məndən çox şeylər gözləyirlər"-AÇIQLAMA
"Qarabağ" klubunun transfer pəncərəsinin son günündə sıralarına qatdığı Leonardo da Silva Roşa artıq komanda ilə məşqlərə çıxır. Siasport.az saytı xəbər verir ki, Azərbaycana gəlmiş ən istedadlı futbolçulardan sayılan, texnikalı, yüksək meydanı görmə qabiliyyətli pleymeyker "Qarabağ"a böyük hədəflər üçün gəlib: "Hamıya məlumdur ki, "Qarabağ" Azərbaycanda ən çox rəğbət bəslənilən komandadır. Avrokuboklarda uğurlu çıxışla yanaşı, sərgilədiyi baxımlı futbolla da azarkeşlər tərəfindən sevilir. Mənim də oyun üslubumun "Qarabağ"a uyğun gəldiyini düşünürəm. Çoxları məni məhz bu səbəbdən "Qarabağ"da görürdü. Məlum olduğu kimi, ötən mövsümün sonunda "Bakı"dan ayrıldıqdan sonra Braziliya klubuyla şifahi razılaşma vardı. Onlar da yerli futbol qurumuna lisenziyama görə müraciət etmişdilər. Bu səbəbdən keçidim bir qədər yubandı. Amma indi hər şey arxada qalıb. "Qarabağ"da ilk oyunuma çıxacağım günü səbirsizliklə gözləyirəm. Bilirəm ki, mən "Qarabağ"ın 2-ci və sonuncu transferiyəm . Ona görə də "Qarabağ"da məndən çox şeylər gözləyirlər. "Qarabağ"ın azarkeşləri çox çılğındır. Onlar heç yerdə komandalarını tək qoymurlar. Çalışacam ki, komandaya verəcəyim faydayla onları sevindirim. "Qarabağ"a uğur qazanmaq üçün gəlmişəm. İlk növbədə çempionluq, sonra isə Avrokuboklarda qrup mərhələsində oynamaq istəyirəm. "Qarabağ"ın buna qadir olduğunu düşünürəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB