İçərisində Yaroslavlın "Lokomotiv" komandasının hokkeyçiləri olan Yak-42 təyyarəsi havaya qalxarkən təhlükəsiz hündürlüyə qalxa bilmyib və mayak antenası ilə toqquşaraq yerə çırpılıb. Siasport.az saytı xəbər verir ki, ilkin məlumata görə, aeroportun uçma-enmə zolağının hüdudlarından kənarda yerləşən mayak antenası ilə toqquşandan sonra təyyarə parçalanaraq yerə düşüb. Dövlətlərarası Aviasiya Komitəsi Yaroslavlda baş vermiş qəzanın təhqiq edilməsi üzrə komissiya yaradıb.
Rusiyanın İTAR-TASS agentliyi xəbər verir ki, təyyarədə heyət üzvləri də daxil olmaqla 37 nəfər olub. Qəzadan sonra 1-3 nəfərin sağ qalması bildirilir. Yaroslavl-Minsk çarter reysi "Lokomotiv" hokkeyçilərini Minskin "Dinamo" komandası ilə mövsümün start matçına aparmalı idi. Yaroslavl komandasının heyət üzvlərinin çoxu rusiyalılar idi. Lakin təyyarədə İsveç, Ukrayna, Çexiya, Slovakiya, Almaniya, Belarus və Latviya hokkeyçiləri də olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB