Hakan Şükür: "Çempionluğa əsas namizədlər "Qalatasaray" və "Trabzonspor"dur"
Türkiyə futbolunda "kral" ləqəbi ilə tarixə keçən İstanbulun "Qalatasaray" futbol klubunun əfsanəvi kapitanı, hazırda Türkiyə Böyük Millət Məclisində deputat kimi fəaliyyət göstərən Hakan Şükür, yeni mövsümdə futbol üzrə Türkiyə çempionluğuna əsas namizəd gördüyü klubların adlarını açıqlayıb.
Siasport.az saytı xəbər verir ki, H.Şükür 2011-2012-ci futbol mövsümündə Türkiyə çempionu olmağa əsas namizəd kimi "Qalatasaray" və "Trabzonspor" futbol klublarının adlarını çəkib. "Qalatasaray"ın bu yeni mövsümdə olduqca böyük və əhəmiyyətli transferlər reallaşdırdığını deyən H.Şükür, bu güclü heyətin düzgün idarə olunmasının vacibdliyini qeyd edib və əlavə edib ki, Fatih Terim kimi bir futbol mütəxəssisinin bunun öhdəsindən gələ biləcəyinə çox inanır. O eyni zamanda "Trabzonspor"un da psixoloji olaraq çempionluq uğrunda mübarizəyə hazır olduğunu və bu il də Türkiyə çempionluğuna iddialı olacağını dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB