İspaniyanın "Barselona" futbol klubunun argentinalı ulduz futbolçusu Leonel Messinin uşaqlıqda heyətində oynamaq istədiyi klubun adını açıqlayıb. Siasport.az saytı xəbər verir ki, argentinalı ulduz futbolçu bildirib ki, o İspaniyadakı futbol həyatını bitirəndən sonra məhz uşaqlıq zamanlarının komandası olan Argentinanın "Newell's Old Boys"-da forma geyməyi düşünür. "ESPN Brasil" radiosuna müsahibə verən argentinalı ulduz bildirib ki, o Argentina çempionatında oynamaq, ən əsası isə uşaqlıq dövrünün xəyalları olan komandanın,- "Newell's Old Boys"-un heyətində futbol oynamaq istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB