"Qalatasaray" transferlərə 112 milyon avro xərcləyib

"Qalatasaray" transferlərə 112 milyon avro xərcləyib
İstanbulun "Qalatasaray" futbol klubunun yeni mövsüm üçün transferlərə xərclədiyi pulun miqdarı fantastik həddə çatıb. Siasport.az saytı xəbər verir ki, "cim bom" yeni mövsüm üçün transfer etdiyi futbolçuların transfer xərclərindən tutmuş onların illik maaşlarına qədər nə az, nə çox, düz 112 milyon avro vəsait xərcləyib. Türkiyə mətbuatı xəbər verir ki, həttda bu rəqəmin 35 milyon avrosunu "Qalatasaray" prezidenti Ünal Aysal şəxsən öz cibindən ödəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə