"Barselona" Leonel Messinin məsləhəti ilə 18 yaşlı argentinalını heyətinə qatır

"Barselona" Leonel Messinin məsləhəti ilə 18 yaşlı argentinalını heyətinə qatır

İspaniyanın "Barselona" futbol klubu, Leonel Messidən sonra daha bir argentinalı futbolçunu heyətinə qatmağa hazırlaşır. Siasport.az saytı xəbər verir ki, katalon klubu, argentinalı ulduz futbolçusu L.Messinin məsləhəti ilə "Porto"nun 18 yaşlı argentinalı futbolçusu Juan Manuel Iturbe'yi heyətinə qatmağa hazırlaşır. Bu yaxnlarda Kolumbiyada keçirilən 20 yaşlı futbolçuların dünya çempionatında gözəl oyunu ilə hər kəsi heyran qoyan 18 yaşlı argentinalı, katalon klubunun hədəfindədir. "AS" qəzeti yazır ki, artıq "Barselona"nın idman direktoru Andoni Zubizarreta L.Messi ilə birgə futbolçu ilə görüşərək onun "Barselona"ya transfer olunmasını müzakirə ediblər. Xatırladaq ki, 18 yaşlı argentinalı futbolçu müqavilə ilə 2016-cı ilədək "Porto"ya məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə