İstanbulun "Qalatasaray" futbol klubunun baş məşqçisi Fatih Terim dünən "Medical Park" xəstəxanasında xəstələrə baş çəkib. Siasport.az saytı xəbər verir ki, "Qalatasaray"lı futbolçuların tibbi müayinədən keçirilməsindən sonra xəstəxanada müalicə alan xəstələrlə də görüşən "imperator", onlara şəfa diləyib və hər kəslə xatirə şəkilləri çəkdirib. Türkiyə mətbuatı xəbər verir ki, xəstəxanadan çıxanda "Qalatasaray"ın baş məşqçisini 100-lərlə "cim bom" azarkeşi alqışlarla yola salıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB