"Atletiko Madrid" Arda Turanı 24 milyon avroya satacaq!

"Atletiko Madrid" Arda Turanı 24 milyon avroya satacaq!
İstanbulun "Qalatasaray" futbol klubundan İspaniyanın "Atletiko Madrid" futbol klubuna transfer olunan 24 yaşlı ulduz futbolçu Arda Turanın yeni transfer qiyməti məlum olub. Siasport.az saytı xəbər verir ki, Madrid təmçilçisi İstanbul klubundan12 milyon avroya transfer etdiyi 24 yaşlı türkiyəli futbolçuya 24 milyon avro transfer qiyməti qoyub.
İspaniyanın nüfuzlu "Marça" qəzeti yazır ki, ispan klubu demək olar ki, A.Turan üçün xərclədiyi pulun iki qatını çıxarmağa çalışır. Qəzet iddia edir ki, hələ A.Turanı transfer etməmişdən əvvəl Madrid klubu, onun gələcək transfer qiymətini müəyyənləşdirib. "Marça"nın iddiasına görə, A.Turanın yaxın bir-iki il ərzində "Valensiya", "Deportivo" və "Villareal" kimi klublara transfer olunmaq ehtimalı daha yüksəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə