Millimiz Rusiyaya yollandı

Boks üzrə milli komandamız dünya çempionatına hazırlığın növbəti mərhələsini Rusiyada – Moskvaətrafında yerləşən Çexov şəhərində keçirir. Siasport.az saytı xəbər verir ki, dəri əlcək ustalarımız bu şəhərdə Rusiya yığması ilə birgə təlim-məşq toplanışındadır. Məşqçilər korpusu ölkə xaricinə 17 boksçu aparıb. Son Avropa çempionatının qalibləri Salman Əlizadə (49 kq), Teymur Məmmədov (91 kq) və bürünc mükafatçı Heybətulla Hacəliyev də (64 kq) heyətdə yer alıblar. Soltan Migitinov komanda ilə birlikdə hazırlıq prossesində iştirak etsə də, o, WSB liqasından London Olimpiadasına lisenziya qazandığından Bakıdakı dünya çempionatında rinqə çıxmayacaq. Dünya çempionatında iştirak edəcək heyət məhz bu toplanışdan sonra məlum olacaq. Milli komandamız sentyabrın 19-da vətənə dönərək, hazırlığın son hissəsini Bakıda keçirəcək.

Xatırladaq ki, komandamız bundan öncə İtaliyanın Assizi şəhərində hazırlıqda olub.

Heyət:

49 kq: Salman Əlizadə

52 kq: Elvin Məmişzadə, Məhəmməd Abdulhəmidov

56 kq: Rəhim Nəcəfov

60 kq: Elvin İsayev, İmil İksanov

64 kq: Heybətulla Hacəliyev, Romal Amanov

69 kq: Osman Əliyev, Emil Əhmədov

75 kq: Soltan Migitinov

81 kq: Ramil Əliyev, Ramazan Məhəmmədov, Vətən Hüseynli

91 kq: Teymur Məmmədov, Abdulqadir Abdullayev

91+kq: Məhəmmədrəsul Məcidov

Bütün xəbərlər Facebook səhifəmizdə