Qanunsuz oyun alqı-satqıları ilə bağlı ittiham olunaraq hazırda "Metris" həbsxanasında saxlanılan "Fənərbaxça" futbol klubunun prezidenti Əziz Yıldırımı, dünən "Qalatasaray" futbol klubunun keçmiş prezidenti Adnan Polat ziyarət edib. Siasport.az saytı xəbər verir ki, ziyarət sonrasında jurnalistlərə açıqlama verən A.Polat, Ə.Yıldırımı zyarət edəndən sonra duyğulu anlar yaşadığını, həyatda çempionluqdan daha üstün olan mənəvi dəyərlərin də mövcud olduğunu dilə gətirib. Həbsxanada olan insanların Türkiyə futbolu üçün dəyərli olduqlarını bildirən "Qalatasaray"ın keçmiş prezidenti, onların tezliklə azadlığa qovuşacaqlarına əminliyini də ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB