Vəli Qasımov: "Rahat qalib gələcəyimizi düşünürdük, amma çətin qələbə qazandıq"-AÇIQLAMA

Vəli Qasımov: "Rahat qalib gələcəyimizi düşünürdük, amma çətin qələbə qazandıq"-AÇIQLAMA
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – Qazaxıstan oyunundan sonra təşkil olunmuş mətbuat konfransında millimizin məşqçisi Vəli Qasımov da qarşılaşma haqda fikirlərini bildirib. Siasport.az saytı xəbər verir ki, məşqçi azarkeşləri təbrik edib: "Qələbə qazanmağımız münasibətilə azarkeşlərimizi təbrik edirəm. Çətin qələbə qazandıq. İlk dəfədir ki, bir seçmə mərhələdə 7 xal qazanırıq.

Müdafiədə müəyyən problemlər var. Əvvəlki oyunlarda çox qol buraxmışdıq. Ona görə də hazırkı oyun sxemindən istifadə edirik.

Üçüncü qolu vurduqdan sonra futbolçularda müəyyən qədər arxayınlaşma oldu. Rahat qalib gələcəyimizi düşünürdük, amma çətin qələbə qazandıq".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com