Miroslav Beranek: "Müdafiədə səhvlərə yol verdik"-AÇIQLAMA

Miroslav Beranek: "Müdafiədə səhvlərə yol verdik"-AÇIQLAMA
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – Qazaxıstan matçından sonra təşkil olunmuş mətbuat konfransında Qazaxıstan yığmasının baş məşqçisi Miroslav Beranek oyun haqda fikirlərini bildirib. Siasport.az saytı xəbər verir ki, mütəxəssis müdafiədə səhvlərə yol verdiklərini qeyd edib: "İki fərqli hissə izlədik. Birinci hissədə 1 qol vurduq, fasilədən sonra 3 top buraxdıq. Müdafiədə səhvlərə yol verdik. Fasilədə oyunçulara fəal olmağı tapşırsaq da, ikinci hissədə meydanda bunu görmədik. Əksinə, çoxlu top itirdik. Əvəzetmə ilə vəziyyəti düzəltməyə çalışsaq da, buna nail ola bilmədik. Türkiyə millisi ilə oyunda çox güc itirmişdik. Bu da bugünkü qarşılaşmaya təsirsiz ötüşmədi".

Bütün xəbərlər Facebook səhifəmizdə