Gündüz Abbaszadə: "Neftçi" ailəsinin üzvü olmaq qürurvericidir"-AÇIQLAMA

Gündüz Abbaszadə: "Neftçi" ailəsinin üzvü olmaq qürurvericidir"-AÇIQLAMA
Xəbər verdiyimiz kimi, tanınmış telejurnalist və şərhçi Gündüz Abbaszadə "Neftçi" jurnalının baş redaktoru vəzifəsinə təyin olunub. Siasport.az saytı xəbər verir ki, ANS telekanalındakı faəliyyəti ilə tanınan Abbaszadə bununla bağlı fikrilərini klubun rəsmi saytına bildirib: "Təbii ki, "Neftçi" ailəsinin üzvü olmaq qürurvericidir. İlk növbədə klub prezidenti Sadıq Sadıqova mənə etimad göstərdiyi üçün təşəkkürümü bildirirəm. Mənim məqsədim bu etimadı doğrultmaqdır. 10 illik televiziya təcrübəsindən sonra bu mənim həyatımda yeni səhifə olacaq. Əminəm ki, ağ-qara rənglərə könül verən azarkeşlərimiz, eləcədə bütün futbolsevərlər üçün "Neftçi" jurnalı rəngarəngliyi ilə seçiləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə