Premyer Liqanın 20-ci bəzəyi-STATİSTİKA

Premyer Liqanın 20-ci bəzəyi-STATİSTİKA
Azərbaycan Premyer Liqasının qarşıdakı V turunda "Xəzər Lənkəran" "Neftçi"ni qəbul edəcək. Siasport.az saytı xəbər verir ki, bu isə o deməkdir ki, Lənkəran publikası ümumilikdə 22-ci, Premyer Liqada 20-ci "Böyük oyun"un şahidi olacaq. İndiyədək bu rəqiblə 21 dəfə üz-üzə gələn cənub təmsilçisi 19 çempionat və 2 kubok qarşılaşmasında prinsipial derbi əhəmiyyətli matça çıxıb. Çempionatdakı 1 matçın – "Qızıl oyun"un neytral meydanda, Gəncədə baş tutduğunu nəzərə alsaq hər komanda 10 dəfə meydan sahibi olub. Lənkəranda baş tutacaq 11-ci matçadək rəqiblər 9 çempionat və 1 kubok oyununu Lənkəranda keçiriblər. Maraqlıdır ki, çempionat oyunlarının hamısında I dövrə oyunu Lənkəranda keçirilir.

22-ci oyun ərəfəsində ümumi balansda hələlik "Neftçi" öndədir, "Xəzər Lənkəran" isə ondan cəmi 1 qələbə geridədir. Daha çox heç-heçənin qeydə alındığı duellərdə "xəzər Lənkəran" "Neftçi"yə 6 dəfə uduzub ki, bunun da sonuncusu 2009-cu il aprelin 12-də baş verib. Bakıdakı 1:2 hesablı məğlubiyyətdən sonra ötən təxminən 2 il yarımda, daha dəqiqi 881 gündə "Xəzər Lənkəran" prinsipial rəqibinə uduzmur. Özü də 12 aprel tarixindəki həmin matçdan sonra rəqiblər nə az, nə çox 10 dəfə üz-üzə gəliblər. Bu matçlarda komanda 2 dəfə qalib gəlib və digər matçlarda 1 xalla kifayətlənib. Ümumilikdə cənub təmsilçisi 5 dəfə qalib gəlməsinə baxmayaraq daha inamlı qələbələr qazanması sayəsində top fərqində rəqibindən geri qalmır – 19:19. Lənkərandakı matçlarda isə bu üstünlük çoxdan formalaşıb. "Xəzər Lənləran" 10 matçda 3 qələbə qazanıb, 5 heç-heçə edib və 2 dəfə uduzub. Top fərqi isə 8:6-dır.

Azərbaycan çempionatı

2004/05 mövsümü

08.12.2004. "Xəzər Lənkəran" – "Neftçi" – 1:1

Oktay Dərəlioğlu – Emin Quliyev

11.05.2005. "Neftçi" – "Xəzər Lənkəran" – 2:1

Zaur Tağızadə (2) – İlqar Qurbanov

"Qızıl oyun"

10.06.2005 "Neftçi" – "Xəzər Lənkəran" – 2:1

Ruslan Abbasov, Zaur Tağızadə - Alim Qurbanov

2005/06 mövsümü

18.12.2005. "Xəzər Lənkəran" – "Neftçi" – 0:1

Nadir Nəbiyev

30.05.2006. "Neftçi" – "Xəzər Lənkəran" – 2:2

Branimir Subaşiç, Svetoslav Stefanov – Mahmud Qurbanov, Xaqani Məmmədov

2006/07 mövsümü

11.08.2006. "Xəzər Lənkəran" – "Neftçi" – 2:1

Zaur Ramazanov (2) – Svetoslav Stefanov

16.02.2007. "Neftçi" – "Xəzər Lənkəran" – 1:0

Vadim Borets

2007/08 mövsümü

10.11.2007. "Xəzər Lənkəran" – "Neftçi" – 0:1

Georgi Adamiya

11.05.2008. "Neftçi" – "Xəzər Lənkəran" – 0:1

Rəşad Abdullayev

2008/09 mövsümü

19.10.2008. "Xəzər Lənkəran" – "Neftçi" – 2:0

İvan Svetkov, Rəşad Abdullayev

12.04.2009. "Neftçi" – "Xəzər Lənkəran" – 2:1

Zaur Tağızadə, Əli Cansun – Əhməd Dursun

2009/10 mövsümü

İlkin mərhələ

08.11.2009. "Xəzər Lənkəran" – "Neftçi" – 0:0

17.02.2010. "Neftçi" – "Xəzər Lənkəran" – 0:0

Final mərhələsi

27.03.2010. "Xəzər Lənkəran" – "Neftçi" – 0:0

01.05.2010. "Neftçi" – "Xəzər Lənkəran" – 0:0

2010/11 mövsümü

İlkin mərhələ

25.09.2010. "Xəzər Lənkəran" – "Neftçi" – 1:0

Dieqo Ruiz

13.02.2011. "Neftçi" – "Xəzər Lənkəran" – 0:0

Final mərhələsi

18.03.2011. "Xəzər Lənkəran" – "Neftçi" – 1:1

Julius Vobay - Rodriqo Sezar Kastro

18.05.2011. "Neftçi" – "Xəzər Lənkəran" – 1:1

Cavid İmamverdiyev - Julius Vobay

Azərbaycan kuboku, 1/4 final

03.03.2011. "Neftçi" – "Xəzər Lənkəran" – 3:4

Flavio Aleks Valensio (2), Slavko Georgiyevski - Uinston Parks, Manuel Skarlatake, Julius Vobay, Andrei Mureşan

08.03.2011. "Xəzər Lənkəran" – "Neftçi" – 1:1

Uinston Parks - Flavio Aleks Valensio

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com