\"Qarabağ\" klubu hazırlıqlarını davam etdirir. Siasport.az saytı xəbər verir ki, gündə 2 dəfə olmaqla məşqlərini sürdürən komanda natamam heyətlə çalışır. Komandamızın baş məşqçisi Qurban Qurbanov hazırda Dortmund \"Borussiya\"sının düşərgəsindədir. Fərqli millilərə gedən futbolçuların yoxluğunda əsas komandada sadəcə 7 futbolçu qalıb. Üstəlik, zədəli Zaur Həşimov və Emin İmaməliyev də hələki kollektiv çalışmalara başlamayıb. Adıçəkilənlərin yaxın bir neçə gündə məşqlərə başlayacağı gözlənilir.
Əvəzində Vüqar Nadirov məşqlərdə iştirak edir. Avqustun startında sıradan çıxan 23 yaşlı forvardın növbəti turda baş tutacaq oyuna qədər hazır olacağı gözlənilir. Komandada yetərli sayda futbolçunun olmaması səbəbindən əvəzedici heyətdən də əsas komandanın məşqlərinə futbolçular cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB