Namiq Əliyev: "Elə bir idmançımız yoxdur ki, lisenziya almağa qadir olmasın”-AÇIQLAMA

Namiq Əliyev: "Elə bir idmançımız yoxdur ki, lisenziya almağa qadir olmasın”-AÇIQLAMA
"Qadın və sərbəst güləş üzrə komandalarımızda dünya çempionatında iştirak edəcək heyətləri müəyyənləşdirməkdə müəyyən tərəddüdlər var idi. Bir neçə görüş oldu və biz öz fikirlərimizi bildirdik. Bu gün tərkibi elan etdik". Siasport.az saytı xəbər verir ki, bu fikirləri Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev deyib. O, hər iki komandamızın tərkibindəki idmançılarımızın yüksək səviyyəli təlim-məşq toplanışı keçdiklərini qeyd edib. Vitse-prezident komandalarımızın güclü heyəti olduğunu, medallara iddialı olduqlarını vurğulayıb: "Hesab edirəm ki, onlar yüksək səviyyədə öz sözlərini deyəcəklər. Çox əfsuslar olsun ki, bizdə 96 kq çəkidə olan idmançımız dizindən çox ciddi zədə alıb. Onun vəziyyəti artıq yaxşılığa doğru gedir. Hesab edirəm ki, lisenziya almaq elə də problem deyil. Biz ancaq medallar almağa iddialıyıq. Elə bir idmançımız yoxdur ki, lisenziya almağa qadir olmasın".

Bütün xəbərlər Facebook səhifəmizdə