Ser Aleks Fergusyon "Çelsi"dən niyə çəkinir?

Ser Aleks Fergusyon "Çelsi"dən niyə çəkinir?

İngiltərənin "Mançester Yunayted" futbol klubunun şotlandiyalı baş məşqçisi Ser Aleks Ferguson əzəli rəqibləri olan "Çelsi" futbol klubundan yaman çəkinirmiş. Siasport.az saytı xəbər verir ki, qocaman futbol mütəxəssisi, bir çoxlarının əksinə olaraq bu il "zadəganlar"ı İngiltərə çempionluğuna əsas namizəd hesab edir.

"Çelsi"nin heyətində kifayət qədər güclü futbolçuların yer aldığını deyən şotlandiyalı mütəxəssis, enerjili portuqaliyalı gənc baş məşqçi ilə təcrübəli futbolçu kontinigentinin sintezinin olduqca ciddi nəticələr verə biləcəyinə işarə edib: "Kim deyir ki, Droqba, Anelka, Lempard kimi futbolçular artıq əldən düşüblər. Bəlkə onları basdırmaq istəyirsiniz,?-qətiyyən!

Onlar hələ bir neçə il istənilən rəqibi sıradan çıxarmağa və İngiltərə çempionu olmağa davam edəcək gücdədirlər"-deyə S.A.Ferguson fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə