"Qalatasaray" transferdən doymur!

İstanbulun "Qalatasaray" futbol klubu transferdən doymaq bilmir. Siasport.az saytı xəbər verir ki, son iki gündə bir neçə ulduz futbolçunu heyətinə qatan "cim bom" rəhbərliyi, bununla kifayətlənməyi heç ağlına da gətirmir. Klubun prezidenti Ünal Aysal dünən axşam "LİG TV"-yə açıqlamasında bildirib ki, komandada daha bir neçə mövqedə yeni futbolçu transferinə ehtiyac var. Transferin heç vaxt bitməyən proses olduğunu deyən "Qalatasaray" prezidenti, qış transfer dövründə daha bir neçə superfutbol ulduzunu heyətinə qatmağı düşündüklərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə