AFFA Jabaya qoyduğu qadağanı ləğv etdi17 may 2011-ci il tarixində FİFA tərəfindən AFFA-ya ünvanlanan No 100094 saylı məktubda "Bakı" FK-nın futbolçusu Silvino Joao De Carvalyonun Braziliyanın İtuano Sociedades de Futebol klubuna olan borcunun faiz hissəsinin 25 may 2011-ci il tarixinə kimi ödənilməsi göstərilmişdi. Lakin futbolçu göstərilmiş tarixə kimi nəzərdə tutlan məbləği ödəmədiyi üçün FİFA futbolçunun oyunlarda iştirakına qadağa qoymuşdu. Həmin qərara uyğun olaraq, AFFA-nın İntizam Komitəsi də futbolçunun AFFA bayrağı altında keçirilən yarışlarda iştirakına qadağa qoymuşdu.
Siasport.az saytı xəbər verir ki, 27 iyul 2011-ci il tarixində FİFA-nın AFFA-ya ünvanladığı məktubunda futbolçu Silvino Joao De Carvalyonun əvvəlki klubuna olan borcunu tam şəkildə ödədiyi üçün futbolçuya qoyulmuş sanksiyaların FİFA tərəfindən ləğv edildiyi göstərilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq futbolçu haqqında aşağıda göstərilmiş qərar qəbul edilib:
1. 20 may 2011-ci il tarixində AFFA-nın İntizam Komitəsinin futbolçu Silvino Joao De Carvalyo haqqında çıxardığı qərar ləğv edilsin.
2. Futbolçu Silvino Joao De Carvalyo AFFA bayrağı altında keçirilən yarışlarda iştirak edə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB