Deyəsən Ispaniyanın "Barselona" futbol klubunun ulduz argentinalı futbolçusu Leonel Messinin Argentina millisində bəxti heç gətirmir. Siasport.az saytı xəbər verir ki, dünyanın ən məşhur futbolçularından biuri hesab olunan argentinalı ulduz futbolçunun özü də Argentina millisinin düşərgəsində keçirilən təlim-məşq toplanışından sonra argentinalı jurnalistlərlə söhbətində açıq şəkildə bildirib ki, "Barselona"da sərgilədiyi futbolu Argentina millisinidə göstərə bilməməsinin səbəbini hələ də tapa bilmir. L.Messi, millidəki oyunun alınmamasına təəsüfləndiyini deyərək, bunun əksinə olaraq "Barselona"da həttda gözləmədiyi məqamlarda belə istənilən qol imkanları qazandığını diqqətə çatdırıb. Qısacası, L.Messi özünü hec cürə millidə göstərə bilmədiyini öz dili ilə etiraf etməli olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB