UEFA Arsen Vengeri cəzalandırdı!

UEFA Arsen Vengeri cəzalandırdı!

UEFA-nın nizam-intizam komitəsi Londonun "Arsenal" futbol klubunun fransız baş məşqçisi Arsen Vengeri cəzalandırıb. Siasport.az saytı xəbər verir ki, A.Vengerin UEFA Çempionlar Liqasının pley-off mərhələsində İtaliyada "Udenize" futbol klubu ilə keçirilən cavab qarşılaşmasında UEFA-nın nizam-intizam qaydalarına gərginlik yaradan hərəkətlər etməsi ona baha başa gəlib. Belə ki, Komitənin qərarı ilə A.Venger UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk iki qarşılaşmasında texniki zonada yerini tuta bilməyəcək.

Xatırladaq ki, həttda "Arsenal" rəhbərliyinin rəsmi xahisinə baxmayaraq Nizam İntizam Komitəsi A.Vengerin cəzasının yüngülləşdirilməsi xahişini rədd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə