ŞOK! Millinin avtobusu qəzaya uğradı

ŞOK! Millinin avtobusu qəzaya uğradı

Avstriyadan, təlim-məşq toplanışından qayıdan AFFA-nın 15-16 yaşlılardan ibarət yığma komandasını şəhərə gətirən avtobus qəzaya uğrayıb. Siasport.az saytı premyerliqa.az-a istinadənxəbər verir ki,şahidlərin dediklərinə görə, hadisəyə Heydər Əliyev prospektində digər qəzanın baş verməsi səbəb olub. Belə ki, yüksək sürətlə hərəkət edən avtobus yararsız vəziyyətə düşmüş avtomobilə çırpılıb. Nəticədə eyni vaxtda 4 müxtəlif avtomobillə toqquşub.

İdarəni itirərək dirəyə çırpılan AFFA-ya məxsus avtobusun sürücüsü gənc futbolçuları yarıyolda qoyaraq, hadisə yerindən qaçıb.

Hadisə zamanı avtobusla toqquşan avtomobillərdən birinin sürücüsünün ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə