Aleks de Souza Türkiyə vətəndaşı olmaqdan imtina etdi!

Aleks de Souza Türkiyə vətəndaşı olmaqdan imtina etdi!

İstanbulun "Fənərbaxça" futbol klubunun braziliyalı kapitanı Aleks de Souza Türkiyə vətəndaşı olmaq fikrindən vaz keçib. Siasport.az saytı xəbər verir ki, braziliyalı futbolçunu bu arzusundan vaz keçməyə Braziliyanın Türkiyədəki səfirliyi məcbur edib. Futboçunun özü də öz şəxsi internet səhifəsində verdiyi açıqlamada Braziliyanın Türkiyədəki səfirliyinə çağrıldığını və ona bu arzusunun mümkünsüz olduğunu, Braziliya qanunlarının buna yol vermədiyini başa salındığını etiraf edib. Bununla yanaşı A Souza türk xalqını çox sevdiyini və bu sevgisinin də ömrünün sonuna qədər onunla olacağını ifadə edib. "Fənərbaxça"nın braziliyalı kapitanı, eyni zamanda ona və ailəsinə hər zaman dayaq olan türk xalqına və Türkiyə mətbuatına da təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə