Sercan Yıldırım: "Gözəl qollar vuraraq "Qalatasaray" azarkeşlərini sevindirəcəm!"
Bir neçə saat bundan əvvəl İstanbulun "Qalatasaray" futbol klubuna transfer olunan "Bursaspor"un ulduz futbolçusu Sercan Yıldırım bir sıra açıqlamalar verib. Siasport.az saytı xəbər verir ki. keçmiş "Bursaspor"lu, yeni "Qalatasaray"lı sayılan S.Yıldırım, Fatih Terim kimi bir baş məşqçi ilə birgə çalışacağından məmnun olduğunu dilə gətirərək, eyni zamanda "Qalatasaray"ı Türkiyənin və Avropanın ən önəmli klubu saydığını da diqqətə çatdırıb.
"Qalatasaray"la 5 illik müqavilə bağlayan gənc futbolçu, transferinin İstanbul klubu üçün uğurlu olmasına görə var gücü ilə çalıçacağını və "cim bom" azarkeşlərini gözəl qolları ilə sevindirəcəyinə söz verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB