Azərbaycan Premyer Liqasının geridə qalan dörd turu ərzində keçirilmiş 22 qarşılaşmada qapılara 53 qol vurulub. Siasport.az saytı xəbər verir ki, avqust ayı üçün orta hesabla məhsuldarlıq göstəricisi hər oyuna 2,48 qoldur.
Ən sərrast futolçular isə hərəyə üç qol vuran Ceyhun Sultanov ("Kəpəz"), Emeka Opara ("Xəzər Lənkəran"), Bahodir Nəsimov ("Neftçi") və Sergey Artyuxdur ("Turan").
Qeyd edək ki, bombardirlərin hamısının hesabında 1 dubl var.
Ən çox qol I tur çərçivəsində keçirilən "Kəpəz"-"Rəvan" qarşılaşmasında qeydə alınıb - 3:2. Ən böyükhesablı qələbəni isə "Neftçi" qazanıb. Son çempion III turda debütant "Sumqayıt Şəhər"i dörd cavabsız qolla məğlub etmişdi. Dörd turda cəmi iki qarşılaşma qolsuz başa çatıb. Bunlar I turun "Qəbələ"-"Bakı" və II turun "Bakı"-"Simurq" qarşılaşmalarıdır. III turun tamamlanmamış "İnter" - "Bakı" qarşılaşmasında da hesab açılmamışdı.
Keçirdiyi dörd oyunda rəqib qapılarına 9 dəfə yol tapan "Xəzər Lənkəran" klubu ən məhsuldar hücum xəttinə sahib komandadır. Qapısından 8 top buraxan "Sumqayıt Şəhər"in isə müdafiə xətti ən zəiflərdəndir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB