Olaf Yansen: \"Qələbə qazanmaq asan olmayacaq\"-AÇIQLAMA

Olaf Yansen: \"Qələbə qazanmaq asan olmayacaq\"-AÇIQLAMA
Aeroport oteldə təşkil olunmuş mətbuat konfransında Azərbaycan millisinin baş məşqçisinin köməkçisi Olaf Yansen Avro-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da keçiriləcək Azərbaycan – Qazaxıstan oyunu ilə bağlı fikirlərini bildirib, jurnalistlərin suallarını cavablandırıb. Siasport.az saytı mütəxəssisin fikirlərini nəzərinizə çatdırır: \"Belçika yığması ilə oyunun nəticəsi çoxları üçün gözlənilməz oldu. Onlar Bakıya qrup ikincisi kimi gəlmişdilər. Burada 3 xal qazanacaqlarına arxayın idilər. Amma belə olmadı.

Qazaxıstan yığması ilə oyuna gəldikdə, bizi çox çətin qarşılaşma gözləyir. Qələbə qazanmaq asan olmayacaq. Bu komanda seçmə mərhələnin əvvəli ilə müqayisədə fərqli oyun nümayiş etdirir.

İstanbulda keçirilən Türkiyə - Qazaxıstan oyununu izləmişəm. Sabahkı rəqibimizin əlavə vaxtda qol vurub qələbə qazanmaq şansı da var idi. Yaxşı müdafiə olunurlar. Hücum xətti müsbət təsir bağışlayır. Komanda fiziki baxımdan da yaxşı vəziyyətdədir.

Yenə 4 gün ərzində ikinci oyunumuzu keçirəcəyik. Futbolçularımız bu qrafikdə oynamağa öyrəşməyiblər.

Son məşqdə elə edəcəyik ki, futbolçularımız meydanda soyuqqanlı olsunlar, qələbə qazanmaq üçün əllərindən gələni etsinlər. Azarkeşlərin də bizi sona qədər dəstəkləyəcəklərinə ümid edirəm\".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com