Namiq Əliyev: “Moskvada keçirilən dünya çempionatı göstərdi ki, Rusiya komandası bizdən güclü deyil”-AÇIQLAMA
"Komandanın vəziyyəti və hazırlığı çox yüksək səviyyədədir. Dünya çempionatına Almaniyadan gəlmiş müətəxəssislərin köməyi ilə hazırlaşmışıq. Təlim-məşq toplantıları göstərir ki, doğrudan da komanda yüksək səviyyədədir. Hesab edirəm ki, hər bir idmançımız qızıl medala iddialıdır". Siasport.az saytı xəbər veri ki, bu sözləri Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev deyib. O, problemlərin yalnız ağır çəkidə olduğunu qeyd edib. Vitse-prezident 96 və 120 kq çəki dərəcələrində həmişə ehtiyat etdiklərini vurğulayıb: "Sərbəst güləşdə bu barədə artıq problemimiz yoxdur. Ancaq çox əfsuslar olsun ki, yunan-Romada bu problem var. Ağır çəkilərdən başqa heç bir çəkidən ehtiyat etmirik".
O, idmançıların 1-ci yerdən 6-cı yerə qədər Olipiya Oyunlarına lisenziya qazana biləcəklərini qeyd edərək, güləşçilərimizin nəinki lisenziya, medal qazanacaqlarına inandığını deyib.
N.Əliyev dünya çempionatında əsas rəqibimizin tək Rusiya yox, İran, Qazaxstan, Koreya, Yaponiya kimi dövlətlər olduğunu bildirib: "Moskvada keçirilən dünya çempionatı göstərdi ki, Rusiya komandası bizdən güclü deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB