"Mən "Fənərbaxça" ilə keçiriləcək derbini səbirsizliklə gözləyirəm"
İstanbulun "Qalatasaray" futbol klubunun yeni transferi olan Albert Riera Ortega, "cim bom"un əzəli rəqibi olan, hazırda özünün ən ağır günlərini yaşayan "Fənbərbaxça" ilə derbi oyununa çıxmağı səbirsizliklə gözləyir. Siasport.az saytı xəbər verir ki, bu gün təlim-məşq toplanışından sonra jurnalistlərə açıqlama verən ispaniyalı futbolçu bildirib ki, o İstanbulda daha çox "Qalatasaray"ın bütün rəqibləri üzərində qələbə qazanaraq İstanbul klubu ilə Türkiyə çempionluğunu qazanmaq istəyir. A.R.Ortega diqqətə çatdırıb ki, o bu il "Qalatasaray"da nəyə qadir olduğunu göstərməyə və "cim bom" azarkeşlərini sevindirməyə çalışacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB