Yığmamız "Uraloçka"nı məğlub yola saldı

Yığmamız "Uraloçka"nı məğlub yola saldı
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığması Bakıda təlim-məşq toplanışı çərçivəsində Rusiyanın "Uraloçka" komandası ilə iki yoldaşlıq oyunu keçirib. Siasport.az saytı xəbər verir ki, qarşılaşmalarda yığmamız qalib gəlib. Qeyd edək ki, Rusiya klubu artıq Azərbaycanı tərk edib.
Sentyabrın 12-də voleybolçu qızlarımız təlim-məşq toplanışını davam etdirmək üçün İspaniyanın Barselona şəhərinə yola düşəcəklər. Burada komandamız təlim-məşq toplanışları ilə bərabər, İspaniya klubları ilə yoldaşlıq görüşləri də keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə