Andre Santos İstanbulu göz yaşları ilə tərk etdi...

Andre Santos İstanbulu göz yaşları ilə tərk etdi...
İstanbulun "Fənərbaxça" futbol klubundan ayrılaraq İngiltərənin "Arsenal" futbol klubuna yollanan braziliyalı futbolçu Andre Santos dünən İstanbuldan ayrılarkən duyğulu anlar yaşayıb.
Siasport.az saytı xəbər verir ki, xanımı Suelemlə birgə Londona yola düşən braziliyalı futbolçunu "Fənərbaxça" rəsmiləri və "Fənərbaxça"nın braziliyalı futbolçusu Kristiyan Baroni yola salıblar. Hamı ilə bir-bir görüşən A.Santos, Türkiyədə gözəl günlər keçirdiyini, bu ölkəni hər zaman sevəcəyini və İstanbulu gözəl xatirələrlə, eyni zamanda göz yaşları ilə tərk etdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə