Albert Riera "Qalatasaray"ı Türkiyənin ən böyük futbol klubu adlandırdı
Istanbulun "Qalatasaray" futbol klubunun Yunanıstanın "Olimpiakos" futbol klubundan transfer etdiyi ispaniyalı futbolçu Albert Riera, dünən İstanbula gələr-gəlməz bir sıra açıqlamalarla Türkiyə mətbuatının gündəminə düşüb.
Siasport.az saytı xəbər verir ki, Atatürk hava limanından birbaşa GSTV-yə gedən A.Riera, Türkiyənin ən böyük futbol klubuna transfer olduğunu deyərək, Avropada hamının yaxşı tanıdığı Fatih Terim kimi bir məşqçi ilə çalışacağından məmnun olduğunu dilə gətirib: "Açığını deyim ki, "Qalatasaray"a gələrkən bu klub haqqında əlavə bir informasiyaya ehtiya qalmadı. "Qalatasaray" Avropada özünü təsdiq etmiş bir türk klubu. Bundan əlavə də Fatih Terim kimi bütün Avropada tanınan bir baş məşqçisi var. Klubun bu il həyata keçirdiyi çox böyük transferlər isə onu deməyə əsas verir ki, "Qalatasaray" bu il Türkiyə çempionu olmağı hədəfləyib"-deyə ispaniyalı futbolçu fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB