Dünya çempionatında iştirak edəcək yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb
Bu gün dünya çempionatında iştirak edəcək yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb. Siasport.az saytı xəbər verir ki, Olimpiya Güləş Mərkəzində keçirilən mətbuat üçün açıq məşqdə heyəti Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev açıqlayıb. Məşqdə həmçinin yunan-Roma güləşi üzrə vitse prezident Elçin Cəfərov və baş məşqçi Fərid Mansurov da iştiak edib.
N.Əliyev İstanbulda keçiriləcək dünya çempionatının çox vacib olduğunu, Olimpiya Oyunlarına lisenziya verdiyini vurğulayıb. O, bütün çəkilərdə mübarizə aparacaq idmançıların güclü olduqlarını və bütün çəkilərdə medal qazanacağımıza inandığını qeyd edib. Daha sornra o, heyəti açıqlayıb. N. Əliyev 120 kq çəki dərəcəsində dəyişiklik oluna biləcəyini də deyib.
55 kq Rövşən Bayramov
60 kq Həsən Əliyev
66 kq Vitali Rəhimov
74 Rafiq Hüseynov
84 kq Təhmasib Saman
96 kq Şalva Qadavadze
120 kq Maksim Proxorov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB