Qurban Qurbanov Almaniyaya yola düşüb

Qurban Qurbanov Almaniyaya yola düşüb
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün Almaniyaya yola düşüb. Siasport.az saytı xəbər verir ki, daha öncədən xəbər verildiyi kimi, komandanın çalışdırıcısı Dortmund "Borussiya"sının düşərgəsində təcrübə mübadiləsi keçəcək. "Qarabağ"ın baş məşqçisi Almaniya çempionun məşqlərini izləyəcək, infrastrukturuyla tanış olacaq. Q.Qurbanovun "sarı-qara"ların baş məşqçisi Yurgen Kloppla görüşü də nəzərdə tutulub. Baş məşqçimizi klubun əməkdaşı Anar Məmmədli müşayət edir. Q.Qurbanov Almaniyada sentyabrın 10-nuna qədər qalacaq. Sentyabrın 11-ində vətənə dönəcək çalışdırıcının həmin gün Premyer Liqa çərçivəsində baş tutacaq "Sumqayıt-Şəhər"lə oyuna yetişəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə