"Fənərbaxça" TFF-ni və UEFA-nı beynəlxalq məhkəməyə verərək 45 milyon avro təzminat tələb etdi!
Əvvəlcə Türkiyə Superliqasında bir sıra oyunların alqı-satqısında adı hallanaraq rəhbərləri həbs olunan, daha sonra isə UEFA Çempionlar Liqasından uzaqlaşdırılan İstanbulun "Fənərbaxça" futbol klubu bununla barışmaq istəmir.
Siasport.az saytı xəbər verir ki, İstanbul klubu, buna etiraz olaraq Türkiyə Futbol Federasiyasını (TFF) və UEFA-nı Beynəlxalq İdman Məhkəməsinə (BİM) verib və artıq sentyabrın 2-dən etibarən beynəlxalq idman hüquq təşkilatı "Fənərbaxça"nın iddiasını araşdırmağa başlayıb.
"Fənərbaxça" futbol klubunun rəsmi internet səhifəsində yerləşdirilən məlumata əsasən, kluba dəyən maddi və mənəvi ziyana görə İstanbul futbol klubu TFF və UEFA əleyhinə 45 milyon avroluq təzminat iddiası qaldırıb. Hazırda məsələ ilə bağlı geniş tədqiqat aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB