İstanbulun "Beşiktaş" futbol klubunun ispaniyalı futbol ulduzu Quti Hernandezin İstanbul klubu ilə olan gərginliyinin sirri bəlli olub. Siasport.az saytı xəbər verir ki, sən demə klub daxilindəki nizam-intizamsızlığı ilə yanaşı, "Beşiktaş" rəhbərliyinin ispaniyalı futbol ulduzundan narazı qalan məqamları tamam başqa imiş. Belə ki, "Beşiktaş" Dubay klublarndan biri tərəfindən Quti üçün çox böyük miqdarda sərfəli transfer təklifi alıbmış. İstanbul klubunun rəhbərliyi də transferinə dünyalar qədər pul xərcləmiş, amma intizamsızlığı ucbatından indi komanda üçün xoşagəlməz simaya çevrilən Madrid "Real"ının keçmiş ulduzunu sərfəli qiymətə ərəblərə satmaq istəyirmiş.
Amma o qəti şəkildə buna qarşı çıxaraq bildirib ki, o "Beşiktaş"ı yalnız Devid Bekhem kimi futbol ulduzunun çıxış etdiyi ABŞ-ın "Los Ancels Qalakts" futbol klubundan təklif gəldiyi zaman tərk etmək istəyir. Həttda Türkiyə mətbuatı yazır ki, "Beşiktaş" prezidenti Yıldırım Dəmirörən bundan qəzəblənərək onun dərhal klubdan qovulmasını tələb edibmiş. Lakin onunla imzalanan müqavilə şərtlərinin ağırlığı İstanbul klubunun rəhbərliyini daha bir müddət də səbr etməyə vadar edib. hazırda klub rəhbərliyi Qutinin klubdan xaric edilməsinin yollarını arayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB