Başının üzərindən qara buludlar hələ də çəkilməyən İstanbulun "Fənərbaxça" futbol klubu deyəsən daha bir ulduz futbolçusu ilə də yollarını ayırmalı olacaq. Siasport.az saytı xəbər verir ki, Metris həbsxanasında saxlanılan "Fənərbaxça" futbol klubunun prezidenti Əziz Yıldırımın israrla satılmalarına qarşı çıxdığı Dieqo və Mamadou Nianq da İstanbul klubunu tərk etməyə hazırlaşırlar. Belə ki, bir həftə bundan öncə bu iki futbolçunun satılmasını "Fənərbaxça" rəhbərliyinə qadağan edən Ə.Yıldırım, deyəsən Nianqın da satılması ilə barışmalı olacaq. Məsələ burasındadır ki, artıq Birləşmiş Ərəb Əmirliklərinin "Al Ain" futbol klubu "Fənərbaxça" ya olduqca sərfəli təklif gəndərib və seneqallı futboloçunu heyətinə qatmaqda israrlıdır. "Fənərbaxça" rəhbərliyi də olduqca yüksək maliyyə şərtləri müqabilində seneqallını satmağa hazırlaşır və bu barədə Ə.Yıldırıma detalları ilə məruzə etmək üçün klub rəhbərliyindən bir nəfər nümayəndə Metris həbsxanasında saxlanılan klub prezidenti ilə görüşmək üçün oraya yollanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB