İstanbulun "Beşiktaş" futbol klubu ispaniyalı ulduz futbolçusu Quti Hernandezi klubdan qovmağa qərar verib. Siasport.az saytı xəbər verir ki, ərköytün davranışları və komanda yoldaşlarına qarşı mənfi nümunə olacaq hərəkətləri ilə "qara qartal" rəhbərliyini boğazına yığan Quti, baş məşqçi Karlos Karvalhalın da rəyi ilə artıq "Beşiktaş"dan göndəriləcək.
Portuqaliyalı baş məşqçi, bu cür mənfi davranışları olan bir futbolçunun komandada qalmasını istəmədiyini qəti şəkildə rəhbərliyin diqqətinə çatdıraraq, Qutinin komandadkı nizam-intizam üçün ciddi təhlükə olduğunu açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB