U-15 2:0 hesabı ilə qalib gəlib, U-16 2:0 hesabı ilə məğlub olub

U-15 2:0 hesabı ilə qalib gəlib, U-16 2:0 hesabı ilə məğlub olub
Avstriyada təlim-məşq toplanışında olan 15 və 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmaları növbəti yoldaşlıq oyunu keçirib. Siasport.az saytı xəbər verir ki, hər iki yığmamız "Red Bull Zaltsburq" klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Azərbaycan U-15 rəqibini 2:0 hesabı ilə məğlub edib. Qolların birinin müəllifi Elnur Cəfərov olub. Digər qolu isə avstriyalı futbolçular öz qapısından keçirib.

U-16 yığmamızla "Red Bull Zaltsburq"un eyni yaş qrupuna aid komandası arasında qarşılaşma 2:0 hesabı ilə avstriyalı futbolçuların xeyrinə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə