Jorj Leekensin: "Matçın qəhrəmanı kimi qapıçınız Kamran Ağayevin adını qeyd edə bilərəm"-AÇIQLAMA
Azərbaycan – Belçika oyunundan sonra təşkil olunmuş mətbuat konfransında Belçika yığmasının baş məşqçisi Jorj Leekensin də qarşılaşma barədə açıqlama verib. Siasport.az saytı xəbər verir ki, baş məşqçi təəssüf hissi keçirdiyini bildirib: "Təəssüf ki, 2 xal itirdik. Birinci hissədəki imkanlarımızdan istifadə edə bilmədik. Sonda qapımızdan top buraxdıq. Sizin sevincinizi anlayıram. Onu da qeyd edim ki, meydançanın vəziyyəti yaxşı deyildi. Komandamız 1 toxunuşlu ötürmələrə üstünlük verir. Lakin belə meydançada bunu edə bilmədik. Biz Türkiyə yığmasının yox, öz oyunumuz haqda düşünürük. Bugünkü matçın qəhrəmanı kimi qapıçınız Kamran Ağayevin adını qeyd edə bilərəm. Əgər vaxtında yaratdığımız imkanlardan istifadə etsəydik, heç penaltiyə ehtiyacımız olmayacaqdı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB