Vəli Qasımov: "Rəqib çox güclü idi"-AÇIQLAMA

Vəli Qasımov: "Rəqib çox güclü idi"-AÇIQLAMA
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – Belçika oyunundan sonra təşkil olunmuş mətbuat konfransında millimizin məşqçisi Vəli Qasımov fikirlərini bildirib. Siasport.az saytı xəbər verir ki, məşqçi oyunun çətin olduğunu qeyd edib: "Çətin oyun oldu. Rəqib çox güclü idi. Müdafiədən oynamağı düşündük və rəqibi əks-hücumlarda yaxalamağa çalışdıq. Qapımıza təyin olunmuş penaltiyə gəldikdə, hakim epizoda daha yaxın idi. Futbolçular haqda ayrı-ayrılıqda fikir bildirmək istəmirəm. Komanda şəklində mübarizə apardıq. Qarşıda Qazaxıstan yığması ilə oyunumuz var. Bu qarşılaşmaya fərqli taktika ilə çıxacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə