Joze Maurinyo "PSJ Marsel" yolunda!

Joze Maurinyo "PSJ Marsel" yolunda!
İspaniyanın "Real" futbol klubunun baş məşqçisi Joze Maurinyo deyəsən Madrid təmsilçisinin sükanı arxasında uğursuz koryerasını daha çox davam etdirmək istəməyərək kral klubunu tərk etməyə hazırlaşır. Siasport.az saytı xəbər verir ki, İspaniyada yayımlanan "TV3" proqramında, portuqaliyalı aparıcı artıq J.Maurinyonun "Real"da şələ-küləsini yığışdıraraq yeni komandasına keçməyə hazırlaşıdğını diqqətə çatdırıb.
O, J.Maurinyonun artıq Fransanın "JSJ Marsel" futbol klubu ilə hər məsələdə razılığa gəldiyini açıqlayaraq, bu məlumatı "Porto" futbol klubunun prezidentindən aldığını və J.Maurinyonun fransız klubuna keçidinin UEFA Superkubokunun final qarşılaşması zamanı Monakoda portuqaliyalı mütəxəssislə "PSJ Marsel" klubunun nümayəndələri arasında keçirilən görüş zamanı müzakirə olunduğunu diqqətə çatdırıb. Ən maraqlısı odur ki, "Real" təmsilçiləri də əvvəlki vaxtla müqayisədə indi bu cür məlumatları nədənsə təkzib etməyə çalışmırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə