Şeyx Mansur Leonel Messiyə görə "Barselona"ya 113 milyon avro təklif etdi!
Ərəb şeyxlərinin pulu ilə güclənən və istədiyi futbolçunu heyətinə qatmaqda davam edən İngiltərənin "Mançester Siti" futbol klubu, daha bir bomba transfer reallaşdırmağa hazırlaşır. Sisport.az saytı xəbər verir ki, Mançester şəhərinin təmsilçisi indi də İspaniyanın "Barselona" futbol klubunun argentinalı ulduz futbolçusu, eyni zamanda dünyanın ən yaxşı futbolçuları sırasında ilk sırada göstərilən Leonel Messini heyətinə qatmaq istəyir.
Klubun ərəb sahibi Şeyx Mansur katalon klubuna argentinalı futbol ulduzu üçün 133 milyon avro təklif edib. Artıq bu başgicəlləndirici təklif katalon cəbhəsində ciddi səs-küy yaradıb. İspaniya mətbuatı xəbər verir ki, argentinalı futbolçu "Barselona"da qalmaq istəsə də, katalon klubu bu ələ düşən böyük fürsəti dəyərələndirməyə hazırlaşır. Həttda "Barselona" rəhbərliyinin bu transfer təklifi ilə bağlı rəsmi toplantısının keçiriləcəyi də verilən xəbərlər sırasınbdadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB