Təxirə salınmış oyunların vaxtı məlum olub

Azərbaycan Premyer Liqasının I turunun təxirə salınmış "Neftçi" - "Qarabağ" və IV turunun "Sumqayıt Şəhər" - "İnter" matçlarının keçirilmə tarixləri məlum olub. Siasport.az saytı xəbər verir ki, bununla əlaqədar Peşəkar Futbol Liqasının prezidenti əmr imzalayıb:

ƏMR EDİRƏM:

1. Azərbaycan Premyer Liqasinin IV turunun təxirə salınmış "Sumqayıt Şəhər" - "İnter" matçı 14 sentyabr 2011-ci il tarixində keçirilsin.

2. Azərbaycan Premyer Liqasinin I turunun təxirə salınmış "Neftçi" - "Qarabağ" matçı 25 oktyabr 2011-ci il tarixində keçirilsin.

PFL-in prezidenti R. Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə