Poverliftinq üzrə Avrasiya çempionatında Bakı şəhər yığma komandası III yerə layiq görülüb

Avqust ayında Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ezam olunmuş Bakı şəhər yığma komandası Rusiyanın Kursk şəhərində poverliftinq üzrə Avrasiya çempionatında iştirak edib. Siasport.az saytı xəbər verir ki, Rusiyanın qabaqcıl idman klubları ilə yanaşı, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Çexiya və başqa dövlətlərin idmançılarının qatıldığı beynəlxalq turnirdə Bakı idmançıları yüksək nailiyyətlər əldə ediblər. Belə ki, komanda hesabında baş məşqçı Ələddin Əliyevin rəhbərliyi altında Bakı şəhər yığma komandası III yerə layiq görülüb. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ezam olunmuş İbrahim İbrahimov, Xəqani Abdullayev, Eldar Məmmədov, Müşfiq Əliyev II yerə layiq görülüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə