Bernhard Lippert məğlubiyyət barədə nə dedi?

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş İngiltərə – Azərbaycan oyunundan sonra yığmamızın baş məşqçisi Bernhard Lippert fikirlərini bildirib. Siasport.az saytı mütəxəssisin fikirlərini nızərinizə çatdırır: "Ümumi götürsək, komanda taktiki cəhətdən düzəlib. Ancaq oyunçuların ayrı-ayrılıqda fiziki və texniki bacarıqları ingiltərəli futbolçuların səviyyəsindən çox uzaqdır. Bu, oyunda özünü açıq-aydın göstərdi. Futbolçular bütün bacarıqlarını ortaya qoydular. Təəssüf ki, bu bacarıqları İngiltərə yığması kimi bir komandaya qarşı kifayət etmədi. Hesabın bu cür alınmasını iki amillə əlaqələndirərdim. Birincisi, oyunçularımız hələ də kifayət qədər oyun təcrübəsinə malik deyil. İkincisi isə, komandada lazımi rəqabət yoxdur. Həmişə eyni futbolçuların xidmətindən istifadə edirik. Bu da heç də həmişə uğur gətirən amil deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə