Teymur Rəcəbov və Vüqar Həşimov Dünya Kubokunda

Teymur Rəcəbov və Vüqar Həşimov Dünya Kubokunda
Azərbaycan qrossmeysterləri Teymur Rəcəbov və Vüqar Həşimov ümumi mükafat fondu 1,6 milyon ABŞ dolları olan şahmat üzrə Xantı-Mansıda keçirilən Dünya Kubokunun üçüncü raundunda yer qazanıblar. Siasport.az saytı xəbər verir ki, Vüqar Həşimov iki oyunda Sergey Azarova (Belarus), Teymur Rəcəbov isə Parimarcan Negiyə (Hindistan) qalib gəliblər. Sentyabrın 2-də Şəhriyar Məmmədyarov tay-breykdə oynayacaq (hər gediş üçün 25 dəqiqə + 10 saniyə). Onun alman şahmatçı Daniel Fridmanla oyununda ümumi hesab heç-heçədir.
FİDE-nin qərarına uyğun olaraq dünya kuboku nokaut sistemi üzrə keçiriləcək və 7 turdan ibarət olacaqdır. Axırıncı, yeddinci tur dörd hissədən ibarətdir. Qaliblə yanaşı, bu turda, həmçinin üçüncü yerin sahibi müəyyənləşəcə.

Bütün xəbərlər Facebook səhifəmizdə