Yığma komandamız darmadağın olub

Yığma komandamız darmadağın olub
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirib. Siasport.az saytı xəbər verir ki, Uotford şəhərindəki Vicarage Road stadionunda İngiltərənin U-21 komandası ilə qarşılaşan yığmamız 0:6 hesabı ilə məğlub olub.

Komandamız AÇ-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununu sentyabrın 6-da, Antverpen şəhərindəki Olimpiya stadionunda Belçika yığmasına qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə