"İnter" Gürcüstan komandasına məğlub oldu

Gürcüstanda təlim-məşq toplanışında olan Bakının "İnter" komandası hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib. Siasport.az saytı xəbər verir ki, Qori şəhərinin "Dila" klubu ilə qarşılaşan "İnter" rəqibinə 2:3 hesabı ilə məğlub olub. Paytaxt təmsilçisinin heyətində Girts Karlsons dubl edib.

Qeyd edək ki, "İnter" növbəti yoxlama oyununu sentyabrın 3-də "VİT Georgia" klubuna qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə