"Beşiktaş" İbrahim Toramanın Türkiyə millisinə çağırılmadığına görə Oğuz Çetini ittiham edir!
Türkiyənin "Beşiktaş" futbol klubunun kapitanı İbrahim Toramanın futbol üzrə milli komandasına çağırılmaması, İstanbul klubunun sərt təpkisi ilə üzləşib. Siasport.az saytı xəbər verir ki, "Beşiktaş"ın idarə heyətinin üzvü Şərəf Yalçın, İ.Toramanın milli komandaya çağırılmamasına görə futbol üzrə Türkiyə millsinin baş məşqçisi Quss Hiddinqi deyil, onun sağ əli hesab olunan Oğuz Çetini ittiham edib.
"Beşiktaş" rəsmisi, il ərzində ən azı 5-6 qarşılaşmada öz komandasının heyətində yer almayan bir futbolçunun milliyə dəvət ediliyi təqdirdə, "Beşiktaş"ın kapitanının milli komandadan kənarda qalmasını qəbuledilməz fakt kimi qiymətləndirib və əlavə edib ki, hazırda futbol üzrə Türkiyə millisində əsas söz sahibi məhz O.Çetindir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB